Dərini gözəlləşdirən 5 qida - FOTOLARLA

Dərini gözəlləşdirən 5 qida - FOTOLARLA

Dərinizi canlandıracaq, sızanaqlarınızı azaltmağa və qırışları yox etməyə kömək edən 5 qida.

Hər kəs cavan və qüsursuz görünməyi üstün tutur. İnsanlar ən çox yaşlanma ərəfəsində daha çox dəriyə qulluq və bu kimi faydalı məlumatlar əldə etmək üçün axtarışlar edirlər. Sizin üçün dərini gözəlləşdirən 5 qida haqqında məlumatı təqdim edirik:

PAPAYA
Bir çox gözəllik kremlərinin tərkibində olan papaynın dəriyə çox faydası var. Papayanın tərkibindəki C və A vitamini dərini qidalandırır. Papayanın tərkibində olan zülallar dəridə yaranan iltihabdan sonrakı qızartıları da aradan qaldırır.

deri1

ÇUĞUNDUR
Çuğundur cod dəriləri linfa vəzlərindən təmizləyərək canlandırır və hüceyrələrdən toksinləri təmizləyir. Həmçinin çuğundur hüceyrələri oksigenlə təmin etmə qabiliyyətinə malikdir.

deri2

LİMON
Limon yağlı dəriləri ləkələrdən təmizləyir, bədəndəki toksinləri bədəndən atır və dəridə parlaqlıq yaradır. Ayrıca limonun tərkibində ürəyə lazım olan maddələr var və eyni zamanda ağız içindəki bakteriyaları da öldürür.

deri3

QIRMIZI KƏLƏM
Qırmızı kələm dəridə yaranan qırışların qarşısını alır. Həmçini qırmızı kələmin tərkibindəki maddələr qanda olan mikrobları azaldır. Ayrıca olaraq qırmızı kələmi C vitamini ilə zəngindir.

deri4

BALQABAQ TUMU
Əgər balqabaq tumundan çox az qəbul edirsinizsə deməkki dəriniz çox şey itirir. Balqabaq tumunun tərkibində olan sink dərinin ən sevdiyi vitamin olan E vitamini, omeqa 3 yağları və sulfid var. Bu komponentlər dəri üçün çox faydalıdır. Dərinizi həm nəmləndirir həm canlandırır. Ayrıca dərini yenilənməsi xüsusiyyətinə malikdir.

deri5

ANS PRESS

Bu kateqoriya üzrə digər xəbərlər