Aforizmler

İnsan nə qədər mürəkkəb olursa-olsun, axırda özünü çox sadə şəkildə ifadə edir.

Anar

Övladlarınızın böyüməsini cavabı olan sualları verməyə başlayanda anlayacaqsınız.

Con C.Plomp

Xoşbəxtlik axtaran insan - evinin olduğunu bilən, amma onu axtarıb tapa bilməyən sərxoşa bənzəyir

Volter

Qartallar tək uçar, qoyunlar isə sürü ilə gəzərlər.

Sidney

Ən xoşbəxt insan daha çox adamı xoşbəxt edəndir.

Deni Didro

İnsanın öz qüvvəsini dərk etməsi, bu qüvvəni ikiqat artırır.

Vovenarq

Əgər övladlarını yaxşı tanımırsansa, onların dostlarına nəzər yetir.

Syun Tzi

Başqasının sirrini vermək - xəyanət, öz sirrini vermək isə axmaqlıqdır.

Volter

Ən nəcib və ən şirin qisas - bağışlamaqdır.

P.Buast

Dövlətə malik olmanın üstünlüyü ondan necə istifadə edilməsi ilə ölçülür.

B.Franklin

Gəncliyə görə, həyat sonsuz bir gələcək, qocalığa görə isə çox qısa bir keçmişdir.

A.Şopenhauer

Xoşbəxt olmaq istəyirsinizsə, insanlarla və əşyalarla yox, məqsədlərlə bağlı olun.

Albert Eynşteyn

Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır.

E.Alen

Böyük adamların xətaları günəş tutulmasına bənzəyir. Onları hamı görür.

Cuconq

Gələcək üçün narahat olan insanı çox vaxt bədbəxtlik gözləyir.

Seneka

Bir mıx bir nalı, bir nal bir atı, bir at bir insanı, bir insan bir ölkəni xilas edər.

Türk atalar sözü

İnsan cavanlıqda öyrənir, qocalıqda anlayır.

M.Ebner-Eşenbax

Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..
Həyat bu, son dediyin an hər şey yenidən can tapar ..

Şəms Təbrizi

Canli Allah gormek isteyen onu suurunun bombos fezasinda yox, sade insan sevgisinde tapacaq.

Fyodor Dostoyevski