Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üçün geniş istifadə olunur. Bununla bərabər zəfəran həm də göz, ürək, depressiya və s kimi xəstəliklərin də müalicəsində istifadə edilir. Zəfəran aldığınızda çalışın onu toz halında deyil, tellərini alasınız.
Zəfəran telləri uzun müddət saxlandıqdan sonra belə öz təravəti və ətirini itimir. Zəfəranın insan orqanizminə də çox böyük faydaları var.
Depressiya
Tibbi araşdırmalar nəticəsində məlum olub ki, zəfəran depressiya vəziyətində olan insana müsbət təsir göstərir. Belə ki, zəfəranın müsbət təsirini yoxlamaq üçün 40 nəfər depressiyada olan insan arasında müşahidə aparılıb. Həmin insanlara 6 həftə ərzində hər gün yeməklərin üzərinə 30 qram zəfəranı əlavə etməkləri məsləhət görülüb. 6 həftədən sonra həmin xəstələrdə depressiya əlamətlərinin azaldığı müşahidə edilib.
Ürək damar sistemi
Zəfərandan ürək damar xəstəliklərinin müalicəsində də istifadə edilir. Araşdırmalara görə, zəfəran antioksidan təsiri ilə qan təzyiqini normallaşdırır, damarlarda və ürəkdə əmələ gələn tromplaşmanı aradan qaldırır.
Göz
Aparılan tibbi araşdırmalara görə, zəfəran bitkisi gözlə bağlı bir sıra problemlərin müalicəsində də böyük rol oynayır.
ANS PRESS