XƏBƏRDARLIQ: Günorta dondurma yemək olmaz

XƏBƏRDARLIQ: Günorta dondurma yemək olmaz

Yay fəslinin əvəzedilməz qidalarından biri də dondurmadır. 7-dən 77-ə hər kəsin sevimlisi olan dondurma həm bədənə və ruha sərinlik verir, həm də əhval-ruhiyyəni yüksəldir. Dondurma sevənlər ürəkləri istəyən zaman, səhər-axşam bilmədən bu qidanı alıb yeyirlər. Amma demə, dondurmanı məhz axşam yemək lazım imiş. Bunu türkiyəli həkim Fevzi Özgönül deyib.

F. Özgönülün sözlərinə görə, dondurma A, B, C, D v E qrupu vitaminlərlə, kalsium, fosfor, maqnezium, sodium, potasium, dəmir və sink kimi minerallarla zəngindir: "Bu vitamin və minerallar orqanizmin sağlamlığı üçün çox önəmlidir. Xüsusilə böyümə çağında bu ehtiyacların qarşılanmasının əhəmiyyəti daha da artır. Bütün bu vitamin və mineralların qəbulunun ən asan, dadlı və zövqlü yolu isə dondurma yeməkdir".

Lakin həkim dondurmanı günorta yeməyi məsləhət görmür. O, bu fikrini belə əsaslandırır: "Dondurma yemək istəyirsinizsə, gündüz yeməyin. Dondurmanın tərkibindəki şəkər zərərli olmasın deyə axşam saat 22.00-dan sonra yeyilməlidir. Bədəninizin ehtiyacı olan qidaları səhər və günorta yeməyində istədiyiniz qədər yeyin. Yediklərinizin yaxşı həzm olunması üçün yemək zamanı şirniyyat və xəmir məmulatlarından uzaq durun. Qoy, yediyiniz tam həzm olunsun. Bunun üçün təxminən 7-8 saat vaxt lazımdır. O müddətdə yediyinizin tam həzm olunduğuna əminsinizsə, dondurma yeyə bilərsiniz. Bu zaman dondurmanın tərkibindəki şəkərin zərəri olmaz və artıq çəki problemi yaşamazsınız".

Aile.lent.az

Bu kateqoriya üzrə digər xəbərlər