Üzdəki qara nöqtələrdən canınız qurtarsın

Üzdəki qara nöqtələrdən canınız qurtarsın

Burnun üstündəki qara nöqtələr hər bir xanımı narahat edən problemdir.

Sizi qara nöqtələrdən xilas edəcək maskalar təqdim edirik:

1. 100 ml. südə jelatin töküb yarım saat saxlayın. Sonra qarışığın olduğu qabı içində qaynar su olan qazanın üstünə qoyub, buxarda qatılaşana qədər saxlayın. Soyuduqdan sonra qara nöqtələrin olduğu yerə sürtün. Bir az saxladıqdan sonra jelatini üzdən təmizləyib, su ilə yuyub, nəmləndirici krem çəkin.
 
2. Üzünüzə qatıq sürtüb, 20 dəqiqə saxladıqdan sonra yuyun. Bu da qara nöqtələri təmizləyəcək.

3. Sodanı suyla qarışdırıb üzünüzə çəkin. 40 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı həftədə iki dəfə edin.

Axşam.az

Bu kateqoriya üzrə digər xəbərlər