Axşam saatlarında yediyiniz qidalar həm yuxu rejiminizə, həm də ümumilikdə səhhətinizə təsir göstərir.
Yuxusuz qalmamaq və daha sağlam həyat tərzi keçirmək üçün axşamlar aşağıda sadalanan qidaları yeməkdən imtina etməlisiniz.
Qırmızı ət
Axşam yeməyini 20:00-dan sonra yeməli olmusunuzsa, mümkün olduğu qədər tez həzm olunan qidalara üstünlük verin. Qırmızı ətdən uzaq durun. Çünki qırmızı ət zülalLa zəngindir və uzun müddət insanı tox saxlayır. Bu isə siz yuxuda olarkən qırmızı ət üzündən bağırsaqların əzab çəkəcəyi mənasını verir.
Spirtli içkilər
Spirtli içkilər yuxu rejiminə mənfi təsir edir. Gecə yatmazdan öncə içilən içki dərin yuxuya getməyə mane olur. Gecə bir neçə dəfə oyanmalı olursunuz ki, bu da səhər başağrısı, yorğunluq və halsızlıqla müşayiət olunur.
Sarımsaq
Tərkibində sarımsaq olan yeməklər yuxunuzu qaçıra bilər. Həm də sarımsaq gecələr mədədə yanma, qıcqırma hissinin yaranmasına səbəb olur. Odur ki, axşam saatlarında sarımsaq yeməyi ağlınızdan belə keçirməyin.
Tünd şokolad
Tünd şokolad insana enerji verdiyi üçün yuxunu qaçırır. Şokolad kofeinlə zəngin qidalardan biridir. Yəni, gecə qəhvə içməklə tünd şokolad yemək arasında heç bir fərq yoxdur.
publika.az