Qazlı suyun faydaları

Qazlı suyun faydaları

Hamıya məlumdur ki, insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz buna görə də suya olan tələbatını ödəmək üçün, insan gün ərzində çoxlu miqdarda su içməlidir.

İnsanların qidalardan alması lazım olan 6 növ qida elementi var. Bunlar zülal, karbohidratlar, minerallar, yağlar, vitaminlər və s-dir. Qazlı su isə mineral baxımdan çox zəngin olduğu üçün yüksək təzyiq probleminiz yoxdursa qəbul edə bilərsiniz. Sizə yeraltından çıxan mineral suyunun faydalarından bəhs edəcəyik.

1) Kalorisi yoxdur. Buna görə də pəhriz saxlayanlar istənilən qədər qəbul edə bilər.

2) Bədəndə olan lazımsız duzların təmizlənməsinə kömək olur.

3) Üzdən yaranan qırışları azaldır.

4) Quru dəriləri nəmləndirmə xüsusiyyətinə malikdir.

5) Maqnezium, kalium miqdarını tarazlayır.

6) Hamilə qadınların istifadə etməsində fayda var. Çünki qidaların daha rahat və sürətli həzm prosesinə yardım edir.

7) Sızanaqların azalmasına yardımcı olur, dərini canlandırır.

8) Sümük bərkiməsinin və inkişafında təsirlidir.

9) Həzm sistemində yaranan köpü aradan qaldırır, həzm prosesini asanlaşdırır.

10) Prostat, ürək və döş xərçəngi kimi xəstəliklərin riskini minimuma endirir.

11) Selülitin yaranmasının qarşısını alır.

12) Ürək xəstəliklərinin riskini azaltmağa kömək edir.

13) Enerji bərpasını təmin edir.

ANSPRESS

Bu kateqoriya üzrə digər xəbərlər