"Poxmel"dən xilas olmağın 5 yolu

İçki içənlərin bəlkə də ən böyük problemi səhər oyananda yaşadıqları baş ağrısıdır. Bundan xilas olmaq istəyənlər üçün dünyanın fərqli yerlərində istifadə olunan üsullar var. Əgər siz də bəzən içki içməyi sevir, lakin başağrılarına və əzginlik hissinə görə bu fikirdən yayınırsınızsa, aşağıdakı tövsiyələr sizə kömək edəcək.

1. Xiyar turşusu və soğan
Səhər oyanan kimi ac qarına xiyar turşusu və soğan turşusu yeyin. Qədim alman üsulu olan bu metod, “poxmel”dən xilas olmağın effektiv yollarından biri hesab edilir.

2. Pomidor soku (Tomat suyu)
Monqol ənənəsində axşamdan qalma əzginliyə qarşı tomat suyu içməyi tərcih edirlər. İçkili bir gecədən sonra mütləq yoxlayın.

3. Qum
Ən qəribə üsulu əlbəttə ki, irlandlar seçib. Onların içki ilə olan münasibətini biləndə, effektiv olduğuna şübhə olmur. İrlandiyalılar içkili günün səhəri özlərini boğaza qədər quma basdırır. Yay aylarında mütləq yoxlamaq lazımdır!

4. Limon
Bu üsul digərlərindən çox fərqlənir və effektivliyinə əmin olmaq bir az çətindir. Puerto Rikolular bu əzginlikdən xilas olmaq üçün qoltuq altına limon sürtərək intoksikasiyanı aşağıya salır.

5. Xiyar və pomidor turşusunun suyu
Son olaraq xiyar və pomidor turşusunun suyunun faydasından danışa bilərik. İçki sonrası əzginlikdən xilas olmaq üçün ən effektiv yolldardan biridir. Əgər bu günə qədər yoxlamamısınızsa, mütləq növbəti əyləncənizdən sonra yoxlayın.

pahoo.az

Bu kateqoriya üzrə digər xəbərlər