Fəsillər dəyişdikdə hər fəsilə uyğun qida rasionunuza diqqət etməlisiniz.
Bir çoxlarımızın bildiyi kimi fəsil dəyişikliyi nəticəsində bədən müqaviməti zəifləyir, adaptasiya müddətində xəstəliklər və yuxu problemləri artir. Fəsil dəyişikliyi zamanı xüsusilə diqqətli olmağımızı unutmamalıyıq. Fəsil dəyişikliyi zamanı evdə edə biləcəyiniz bir neçə qabaqlayıcı tədbirləri diqqətinizə çatdırırıq.
Fəsil dəyişikliyi zamanı ailəlikcə düzgün qidalandığınızdan əmin olun.
Yuxu nizamı çox əhəmiyyətlidir. Özünüzü test edin gecədən səhərə gündə neçə saat yatmaq sizi gümrah edirsə, çalışın fəsil dəyişikliyi zamanı diqqət edəsiniz.
Fəsil dəyişikliyi zamanı gün ərzində 1 boşqab şorba yemək bədənin güclənməsinə səbəb olur. Ümumiyyətlə yüngül və sulu qidalar yeməyə diqqət edin.
Hər gün qaçmağın hər dərdin dərmanı olduğunu unutmayın. Hava necə olursa olsun gündə ən az yarım saat qaçmağa çalışın.
C vitamini ehtiyacınızı aradan qaldırmaq üçün təzə sıxılmış meyvə suları için. Qış aylarında xüsusilə limon, kök, portağal və almanı soyuducunuzdan əskik etməyin.
E vitamininin immunitet sistemini gücləndirdiyini unutmayın. Bədəninizin ehtiyacı olan E vitaminini təmin etmək üçün yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq kimi qidaları yemək məsləhət görülür. E vitamini soyuqdəyməyə qarşı bədən müqavimətinizi gücləndirəcək.